BAKI, 17 noyabr — Sputnik. Rusiyada alkoqolizmin səbəbləri açıqlanıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla xəbərinə görə, ABŞ-ın Pitsburq universitetinin alimləri müəyyən edib ki, soyuq ölkələrdə, o cümlədən Rusiyada yaşayan insanlar daha çox alkoqollu içkilər qəbul edir və qaraciyər xəstəliyindən ölürlər.
Araşdırmanın nəticələri Hepatologiya jurnalında nəşr olunub.
Ekspertlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və Ölçmə və Sağlamlıq İnstitutunun məlumatlarını araşdırıb.
Dünyanın 193 ölkəsində, ABŞ-ın 50 ştatında, 3144 dairə və onların ekvivalentində il ərzində günəşli günlərin sayı dəyərləndirilib. Alimlər spirt istifadəsinin səviyyəsini və spirtin ictimai sağlamlığa təsirini müəyyənləşdiriblər.
Müəyyən edilib ki, qəbul edilən spirtli içki ilə hava temperaturu arasında qarşılıqlı əlaqə var. Günəş şüasının az olduğu soyuq bölgələrdə insanlar daha çox alkoqollu içkilər qəbul edir və qaraciyər serozundan əziyyət çəkirlər.