Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: “Həm evdə, həm səfərdə qalib gəlmək istəyirik”

© Sputnik / Taleh Mahmudov"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov
Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov - Sputnik Azərbaycan
Abunə olmaq
Baş məşqçi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb

BAKI, 16 noyabr — Sputnik. "Çox danışmağa ehtiyac yoxdur, hər şey aydındır. Oyuna pis hazırlaşmamışıq. Düzgün oyun qurmağa çalışacağıq".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Farer adaları komandası ilə ev oyunundan əvvəl deyib.

46 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pavel Paşayevin durumu necədir?

Футбольный матч Карабах-БАТЭ (Беларусь) в рамках третьего квалификационного раунда Лиги чемпионов УЕФА  - Sputnik Azərbaycan
İDMAN
Qurban Qurbanov: "Sübut etdik ki, Bakıda qalib gəlməli idik"

- Hər şey qaydasındadır.

- Rəqibin baş məşqçisi və kapitanı iddialı danışdı. Sürprizlərə hazırsınız?

- Rəqibi yaxşı tanıyırıq. Onlarla səfər matçımız olub. Hər bir komanda iddialı danışmalıdır. Biz də iddialıyıq. Rəqibin sürprizlərinə hazır olacağıq.

- Heyətə yeni oyunçular cəlb etmisiniz. Start heyətdə necə, dəyişiklik olacaq?

- Belə bir fikir bildirə bilməyəcəyəm. Heyət sabah oyundan əvvəl bilinəcək.

- Son vaxtlar həm milli, həm "Qarabağ" səfərdə yaxşı oynayır. Bu nə ilə bağlıdır?

- Bunu heç nə ilə əlaqələndirməzdim. Səfərdə yaxşı oyun göstərmək pis hal deyil. Adətən, komandalar evdə yaxşı oynayır. Kiçik turnirdi. Bunu evdə də edə bilərik. Səfərdə oynayanda taktika bir az fərqli olur. Rəqib hücum edir, boşluqlardan istifadə etmək imkanı yaranır. Biz indi elə durumda deyilik. Həm evdə, həm səfərdə qalib gəlmək istəyirik.

Xəbər lenti
0