CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov inanılmaz vergi islahatlarından danışdı

© Sputnik / Murad OrujovVergilər naziri Mikayıl Cabbarov
Vergilər naziri Mikayıl Cabbarov - Sputnik Azərbaycan
Abunə olmaq
Aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir

BAKI, 17 noyabr - Sputnik. “Pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur”.

Министр налогов АР Микаил Джаббаров - Sputnik Azərbaycan
Mikayıl Cabbarov yeni vergi dəyişikliklərinin anonsunu verdi

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" verilişində deyib.

Onun sözlərinə görə, qanun qəbul ediləcəyi təqdirdə pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq.

“Bu, stimullaşdırıcı addımdır. Digər tərəfdən burada inzibatçılığın gücləndirilməsi nəzərdə tutulur. Yəni ölkədə qüvvədə olan nağd ödənişlərə limit tətbiq etmək, ödənişlərin yalnız zəruri hallarda nağdsız formada həyata keçirilməsi ilə bağlı qanunun tələblərinin daha sərt şəkildə inzibatçılığının təmin edilməsidir. Yəni ümumilikdə bu istiqamətdə nəzərdə tutduğumuz tədbir 2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatlarının tətbiqidir. Faktiki olaraq bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin “kölgə iqtisadiyyatı”nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq. Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Çünki bu, nəticə etibari ilə vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənilməsinin təmin edilməsinə yönəldilmiş bir addımdır”, - deyə nazir vurğulayıb.

“Vergi Məcəlləsinə bir neçə vacib dəyişiklik təklif olunur”. Onun sözlərinə görə, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır.

M.Cabbarov bildirib ki, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır: “Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir”.

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir əlavə edib ki, bu ödənişlərin vahid olması təklif edilir: “Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz “kölgə iqtisadiyyatı”nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur. Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik. Bu ən vacib və ən böyük islahatdır, amma yeganə islahat deyil”.

M.Cabbarov qeyd edib ki, mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur: “Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir.

Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
İki kateqoriya vətəndaşlardan başqa hər kəs gəlir vergisindən azad ediləcək
Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir. Yəni bu çöx əhəmiyyətli və köklü dəyişiklikdir. Bu, faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edən əmək haqqı güzəşti islahatıdır. Dövlət başçısı tərəfindən bu sahədə işləyən həm vətəndaşlara, həm də biznes subyektlərinə çox böyük güzəşt, töhfədir. Belə güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir.

Biz buna görə inanırıq ki, Azərbaycan sahibkarları, vətəndaşlarımız güzəştləri düzgün qiymətləndirəcək və öz növbəsində dövlətin bu addımına, bu dəvətinə vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əmək haqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər. Vergilər Nazirliyinin işi bunun inzibatçılığından ibarətdir. Biz bu siyasətin həyata keçirilməsində qəti olacağıq”.

Xəbər lenti
0