CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sahibkarların işi yüngülləşəcək, sığorta və vergi yığımı bir əldən olacaq"

© Sputnik / Murad OrujovHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Hadi Rəcəbli: "Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək"

BAKI, 16 noyabr-Sputnik. "Vergi Məcəlləsinə sahibkarlar, sahibkarlıq, vergi və sığorta yığımı ilə bağlı çox mühüm dəyişikliklər edilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, bundan sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq. Bunu cəmi bir qurum həyata keçirəcək.

"Yığımları bundan sonra ancaq Vergilər Nazirliyi həyata keçirəcək. Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək" - deyə H.Rəcəbli vurğulayıb.

Xəbər lenti
0