CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülər bu gündən etibarən diqqətli olmalıdırlar

© Sputnik / Murad OrujovDYP işçisi Mirzəliyev Xəqani
DYP işçisi Mirzəliyev Xəqani - Sputnik Azərbaycan
Abunə olmaq
Qaydanı pozanlar 150 manat məbləğində cərimə ediləcəklər

BAKI, 15 noyabr — Sputnik. Bu gündən sürücülər pərdə və plyonkalara görə cərimə edilə bilər. Sputnik Azərbaycan xəbər verir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Bakıya gələn avtomobilləri DYP postunda saxlayıblar

Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti küləyə qarşı şüşələr üçün 75 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün – 70 faiz həddindən aşağı olmamalıdır.

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Bu qaydanı pozanlar 150 manat məbləğində cərimə edilir.

Xəbər lenti
0