Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıya gələn avtomobilləri DYP postunda saxlayıblar

© Sputnik / Murad OrujovСотрудник дорожно-патрульной службы в Баку
Сотрудник дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb, onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub

BAKI, 3 sentyabr — Sputnik. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib.

Yol polisi - Sputnik Azərbaycan
DYP Bakıda kütləvi reydlərə başladı – VİDEO

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.

Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin, postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçirib.

© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
1/6
Saray postunda reyd
© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
2/6
Saray postunda reyd
© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
3/6
Saray postunda reyd
© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
4/6
Saray postunda reyd
© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
5/6
Saray postunda reyd
© AR Ministry of Internal AffairsSaray postunda reyd
Saray postunda reyd - Sputnik Azərbaycan
6/6
Saray postunda reyd
1/6
Saray postunda reyd
2/6
Saray postunda reyd
3/6
Saray postunda reyd
4/6
Saray postunda reyd
5/6
Saray postunda reyd
6/6
Saray postunda reyd

Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib. Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarına davam ediblər.

Yol Patrul Xidməti əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Xəbər lenti
0