ELM

Tələbə adını qazananlara aylıq təqaüd müəyyən edilib

© © Veysəloğlu QrupVeysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş
Veysəloğlu rəhbərliyi şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə tələbə adını qazanan övladları ilə görüş  - Sputnik Azərbaycan
Abunə olmaq
Ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərlə görüş keçirilib

BAKI, 14 noyabr — Sputnik. Bu gün "Veysəloğlu Akademiya"da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb, ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulayıb.

Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Tələbə biletləri və təqaüdlərin ödənilməsi forması dəyişdirilir

Qeyd edək ki, "Veysəloğlu" şirkətinin 37 nəfər əməkdaşının övladı 2018-2019 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə "Veysəloğlu Tələbə Təqaüd Proqramı"nın (VTTP) iştirakçısı olmağa haqq qazanıblar.

Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

Xatırladaq ki, "Veysəloğlu Tələbə Təqaüd Proqramı" 2012-ci ildən etibarən həyata keçirilir. Təqaüd proqramına əsasən, ümumilikdə 100-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.

Xəbər lenti
0