BAKI, 12 noyabr — Sputnik. "Sumqayıt" FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib.
© Azerisport"Sumqayıt" futbol klubunun baş məşqçisi Nazim Süleymanov
"Sumqayıt" futbol klubunun baş məşqçisi Nazim Süleymanov
Sputnik Azərbaycan klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim edib.