Qaşıqçının ölümü ilə bağlı dünyanı şoka salan xəbər açıqlandı

© Photo : Xədicə Cengizin şəxsi arxivindənCamal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə
Camal Qaşıqçı nişanlısı Xədicə Cengiz ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalistin cəsədini xüsusi kimyəvi məhlullarla əridərək, kanalizasiyaya töküblər və cəsədi tamamilə yox ediblər

BAKI, 10 noyabr — Sputnik. Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının cəsədinin aqibəti bəlli olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun məlumatına görə, jurnalistin cəsədi turşuda əridilib və kanalizasiyaya tökülüb.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin icazəsindən sonra oktyabrın 15-də ölkənin İstanbuldakı baş konsulluğunda, oktyabrın 18-də isə baş konsulun iqamətgahında axtarış aparılmışdı.

Bu axtarışlardan əvvəl İstanbul Su və Kanalizasiya İdarəsinin nəzarəti ilə kriminal polis qrupu baş konsulluq və iqamətgahın kanalizasiya xəttindən nümunələr götürmüşdü.

İqamətgahın kanalizasiyasından götürülən nümunələr üzərində aparılan tibbi araşdırma zamanı qan nümunələri tapılmasa da, ev şəraitində istifadə edilməyən hidroflik turşu qalığına rast gəlinib. İstintaqın məlumatına görə, Qaşıqçının cəsədini xüsusi kimyəvi məhlullarla əridərək, kanalizasiyaya töküblər və cəsədi tamamilə yox ediblər.

Oktyabrın 2-də Camal Qaşıqçının konsulluqda öldürülməsi ilə bağlı istintaq çərçivəsində qara şüşəli "Mersedes Vito" markalı bir avtobusun Baş konsulluq binasından çıxıb, yaxınlıqdakı Başkonsulluq iqamətgahına daxil olduğu müəyyən edilib. Qaşıqçının cəsədinin avtobusla konsulluqdan iqamətgaha daşındığı şübhəsi ilə orada da axtarış aparılmışdı.

İstanbul Baş Prokurorluğundan 31 oktyabrda verilən yazılı açıqlamada isə "Camal Qaşıqçının boğularaq öldürüldükdən sonra cəsədi parçalanaraq yox edilib" açıqlaması verilmişdi.

Xəbər lenti
0