Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

"Başın ağrıyır, iştahan yoxdur, gərginsən - nevrozsan..."

CC0 / Free-Photos / stressStress, arxiv şəkli
Stress, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Xəstəliklərin beynəlxalq təsnifatında "nevroz" adlı xəstəlik yoxdur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. Son vaxtlar cəmiyyətdə qəribə tendensiya yaranıb. Bir qədər əsəbi olan, gərginlik hiss edən, başı ağrıyan, iştahası belə olmayan hər kəsə həkimlər nevroz diaqnozu qoyur. Hələ üstəlik saysız-hesabsız dərman preparatları da təyin edir.

Maraqlıdır, cəmiyyəti ağuşuna alan bu nevroz bəlası nədir? Yəni vəziyyət o qədər ciddidir? Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov Sputnik Azərbaycan-ın müxbiri ilə müsahibəsində bütün bu suallara aydınlıq gətirib.

- Qalib həkim, bu gün, demək olar ki, hamı nevrozdan şikayət edir. Nədir nevroz?

Yaşlı qadının əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
Həkim xəstəsindən borc aldığı üçün işdən qovulub

- Xəstəliklərin beynəlxalq təsnifatında "nevroz" adlı xəstəlik yoxdur. Lakin insanlar çox zaman əsəb sistemindəki bəzi pozğunluqları nevroz adlandırırlar. Bu pozuntuların müxtəlif formaları var və çalışacam ki, onlar haqqında sizlərə ətraflı məlumat verim. Ümumiyyətlə, əsəblərin pozulması halları çox geniş yayılıb. Gündəlik həyatımızda yaranan həddən artıq gərginlik, istirahətimizi düzgün təşkil edə bilməməyimiz, problemlər, bir sıra sosioloji konflikt, şəxsi həyatda müvəffəqiyyətsizlik, uğursuzluq çox həssas olan sinir sisteminə psixo-travmatik təsir göstərir.

- Nevroz daha çox kişilərdə yayılıb, yoxsa qadınlarda?

- Sizin təbirinizlə desək, nevroz kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb. Xüsusilə, vaxtından tez baş verən klimaks dövründə qadınlarda "klimakterik nevroz" adı ilə məşhur olan pozğunluq müşahidə olunur. Görünür, qadınlar arasında əsəblərin pozulmasının daha çox yayılması mental dəyərlərlə və yaşadığımz patriarxal cəmiyyətlə əlaqədardır.

- Əsəblərin pozulmasının hansı növləri var?

- Nevrasteniya növü var, yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifləməkdən ibarətdir. Xəstə çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması xəstəyə pis təsir göstərir. Nevrasteniyaya tutulmuş adam ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır. Bəzən xəstə başının sıxıldığını hiss edir. Ən çox yuxu pozğunluğu olur, xəstə yata bilmir. Yatağa uzandıqda yuxulaya bilməyəcəyindən qorxur, yuxusu çox səthi olur, qorxulu yuxular görür. Odur ki, xəstə səhər yuxudan qalxdıqda çox əzgin, yorğun və əsəbi olur. Günün ikinci yarısında xəstənin vəziyyəti yaxşılaşır, lakin yuxu hissi olmur. Yaxşı yatmaq üçün yatağa gec uzanır, buna baxmayaraq, yenə də çətinliklə yuxuya gedir.

Yuxu - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yuxusuzluq və bu problemi yaradan səbəblər barədə həkim məsləhəti

Bəzən xəstənin yaddaşı zəifləyir, fikrini cəmləşdirə bilmir, başının gicəlləndiyini, başında səs olduğunu, gözləri qarşısında xırda qara böcəklər uçduğunu, ətraflarının keyləşdiyini, titrəməsini söyləyir. İlk növbədə ürəkağrısı, ürəkdöyünmə, ürək nahiyəsində narahatlıq duyur, iştahasızlıq, qəbizlik, bəzən ishal kimi pozğunluqlar xəstəni narahat edir. Xəstə həyəcanlandıqda ağzı quruyur, üzünün dərisi qızarır, yaxud tamamilə avazıyır, dərisində parça-parça qırmızı ləkələr əmələ gəlir və nəm olur. Xəstəyə elə gəlir ki, ürək, xərçəng xəstəliyinə tutulub. O, xəstəliyi haqqında uzun-uzadı danışır, gah nəbzini yoxlayır, gah ürəyini tutur, özünü tez-tez həkimə göstərməyə çalışır və s.

Nevrasteniyaya tutulmuş xəstələrin bəzisi çox davakar olur, hər şeydən, o cümlədən həkimdən, onun müayinəsindən narazılıq edir, müxtəlif mütəxəssislərin müayinəsindən keçməyə can atır.

Bəzən belə xəstələrdə cinsi zəiflik olur, onlar cinsi əlaqəyə girməkdən, cinsi aktın baş tuta bilməyəcəyindən qorxurlar. Bu hal nevrasteniya əlamətlərini daha da kəskinləşdirir.

- Nevrasteniya necə müəyyən edilir?

- Nevroloji müayinə zamanı xəstədə heç bir üzvi pozğunluq əlaməti tapılmadığı halda, reflekslərin yüksəlməsi, dərinin tərli, soyuq olması, əl barmaqlarının və göz qapaqlarının titrəməsi, qırmızı, yaxud ağ demoqrafizmin olması və bir sıra funksional pozulma əlamətləri ayırd edilir.

Nevrasteniyanı yaradan səbəbdən asılı olaraq bu hal bəzən tez keçib gedir, bəzən isə aylar və illərlə davam edir. Daxili orqanların xəstəliyi ilə əlaqədar olan nevrastenik hal əsas xəstəliyin vəziyyətindən asılı olub, artıb-azala bilir. Bəzi hallarda nevrasteniya özü bu, yaxud digər xəstəliyin ağır cərəyan etməsinə səbəb olur.

- Əsəblərin pozulmasının başqa növü də var?

- Konvergesiya tip pozuntu var ki, buna əvvəllər isteriya deyirdilər. Bu xəstəliyə düçar olmuş xəstələr həmişə başqalarının diqqətini özünə cəlb etməyə çalışır. Vəziyyətində baş vermiş dəyişiklikdən azad ola bilməyəcəyinə inanır, xəstəliyini ağır sayıb həkimə müraciət edir, amma xəstəlik hisslərinə qapılıb qalır. Xəstələrdə bir sıra hərəkət, hissi, vegetativ funksiya pozğunluqları olur. Hər bir hadisədən xəstə tez mütəəssir olur, xəyala dalır, əhvalı tez-tez dəyişir, bəzən bir hadisəni nəql edərkən onu həddindən artıq şişirdir, yalan danışır. Xəstənin emosional vəziyyəti sabit qalmır, şıltaqlıq edir, tez-tez küsür, qısqanc olur.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Həkim: “Azərbaycan əhalisinin psixi reabilitasiyaya ehtiyacı var”

- Xəstəlik özünü başqa necə göstərir?

- Xəstəliyin klinikasında bəzən isterik tutmalara təsadüf olunur. Çox vaxt isterik "ürəkgetmələri" epileptik "ürəkgetmələrdən" ayırd etmək lazım gəlir. Ona görə də yadda saxlamaq lazımdır ki, isterik tutmalar zamanı huş itmir, aura qeyd olunmur, bəbəklərin işığa qarşı reaksiyası saxlanır, ətraflarda müşahidə olunan cəngolmalar ritmik xarakter daşımır, xəstə özünü o tərəf, bu tərəfə çırpır, belini yuxarı qaldırıb "isterik qövs" yaradır, gözlərini bərk yumur, göz qapaqlarını açdıqda maneçilik törədir, ətrafdakılar xəstənin başına toplandıqca o, daha çox çırpınır və ürəkgetmə müddəti uzanır. İsterik ürəkgetmələr zamanı xəstə zədə almamaq üçün özünü divan üzərinə, yaxud yumşaq yerə salır. Qeyri-iradi olaraq sidik buraxmır, dilini dişləmir, tutmadan sonrakı dövrdə mürgüləmə vəziyyətində olmur.

- Bəzən elə olur ki, bəzi fikirlər bizdən əl çəkmir: məsələn, qazı söndürdümmü, ütünü çıxardımmı və s. Bu da əsəb pozuntusudur?

- Bu obsessiv-kompulsiv pozuntudur. Bu xəstəlik formasının əsas əlamətləri sayrışan, əlçəkməyən, yorucu fikirlərdən ibarətdir. Məsələn, xəstə evdən çıxıb getdikdə qazı, işığı söndürüb-söndürmədiyindən şübhəli olur, söhbət əsnasında başqasının qəlbini qırdığından qorxur, uzun müddət bu haqda fikirləşir, başlamaq istədiyi işin öhdəsindən gələ bilməyəcəyindən qorxur, cürət edə bilmir. Xəstə sayrışan fikrə qapıldıqda hər hansı bir mənasız fikir, yaxud sözü yadından çıxara bilmir, onu dəfələrlə təkrar edir, bütün bunların mənasız olmasına baxmayaraq, həmin fikir xəstədən əl çəkmir. Məsələn, xəstə ardı-arası kəsilmədən kiçik bir riyazi hesablamanı dəfələrlə təkrar edir və s.

- Bəzi insanlar çox vaxt ölüm haqqında və ya hansısa ağır xəstəliyə tutulduqları haqda düşünürlər...

- Sayrışan qorxu halında xəstənin başına cürbəcür fikirlər gəlir. İlk növbədə, o, çox ağır xəstəliyə (xərçəng, sifilis və i. a.) tutulmasından qorxur, onu tez-tez ölüm qorxusu hissi bürüyür. Ürək infarktından öləcəyini düşünür. Çox vaxt qaranlıq otaqdan, qapı-pəncərənin bağlı olmasından, hündürlüyə qalxmaqdan qorxur. İtmiş, yaxud oğurlanmış bir şey haqqında onun yanında söhbət apardıqda üzünün dərisinin qızaracağından qorxur. Bütün bunların mənasız olduğunu dərk etməsinə baxmayaraq, xəstə bu vəziyyətdən çıxa bilmir. Odur ki, qorxudan xəstənin gah üzü avazıyır, gah tərləyir, onu ürəkdöyünmə tutur.

Çay - Sputnik Azərbaycan
Azərbaycanlı həkim xəbərdarlıq etdi – Cəmi 6 saat vaxtınız var

- Bu gün insanlarımızı daha çox hansı nevroloji xəstəlik narahat edir?

- İndi ən çox yayılmış, insanlar arasında panik atak kimi adlandırılan həyəcan-təşviş pozuntularıdır. Qorxu və narahatlıq hissləri ilə qəflətən başlayıb, narahatçılığın 10 dəqiqə ərzində ən pik səviyyəyə çatdığı və qeyd edəcəyim fiziki və ya psixi əlamətdən ən az 4-ü ilə müşahidə olunan psixoloji narahatçılıqdır. Əgər ürək döyüntülərinin sayının artması, tərləmə, titrəmə, boğulma, nəfəs kəsilməsi, sinədə ağrı, mədə bulanması və ya qarında ağrı, göz qaralması, başın fırlanması, huş itirmə, ətrafı hiss etməmək, kontrolu itirmək, ölüm qorxusunun yaranması, bütün duyğuların ölməsi, eyni zamanda bir neçə hissi yaşamaq (üşütmə, tərləmə və s.) və bundan 4-ü sizdə varsa, artıq panik atakdan əziyyət çəkirsiniz deməkdir.

- Panik atak necə yaranır?

- Panik atak travmadan yaranan stressdən, sosial fobiyalardan və hər hansı fiziki xəstəlikdən sonra da yarana bilər. Uşaq olarkən valideynlərdən ayrılma, onlardan hər hansı birini itirmə, valideynlərin boşanması, stress, qorxu, yaxınlardan kiminsə vəfat etməsi kimi səbəblər panik atakı yaradan ən əsas səbəblərdən hesab olunur.

Xəbər lenti
0