BAKI, 9 noyabr - Sputnik. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb.
Görüşdə hesabı 13-cü dəqiqədə penaltidən Araz Abdullayev açıb.
Oyunda bundan sonra qol vurulmayıb və "Qarabağ" bu mövsümdə qrup mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, azarkeşlərin xoşagəlməz hərəkətləri ucbatından görüş iki dəfə dayandırılıb və nəzərdə tutulduğundan xeyli gec başa çatıb.
Bu komandaların Bakıda keçirilmiş ilk görüşü ukraynalıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.