BAKI, 6 noyabr — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev formada qalmağının sirrini açıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
Baş nazirin sözlərinə görə, müntəzəm idmana və düzgün qidalanmaya xüsusi diqqət ayırmaq lazımdır: "Təbii ki, gecə çox yemək lazım deyil, bu sadəcə faydalı deyil".
Medvedev, həmçinin bildirib ki, vaxtı olanda üzgüçülüklə məşğul olur, velosiped sürür, bəzən badminton oynayır.
Bundan əlavə, Rusiya baş naziri vurğulayıb ki, sağlam qida qəbul etməyə çalışır və sərt dietalara riayət etmir.
Qeyd edək ki, oktyabrda Rusiya baş naziri bəyan edib ki, sanksiyaları ölüm qalım məsələsi hesab etmir və onlarla bundan sonra da, Sovet İttifaqında olduğu kimi yaşamağa hazırdır.