Keçmiş baş nazir siyasətə qayıtmaq fikrində olmadığını bildirib

© FB / Giorgi KvirikashviliПремьер Грузии Георгий Квирикашвили на заседании правительства
Премьер Грузии Георгий Квирикашвили на заседании правительства - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının qurulmasında yardım edir

BAKI, 28 oktyabr — Sputnik. Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili yenidən siyasətə qayıtmaq istəmir.

“Qafqazinfo” xəbər verir ki, bunu eks-baş nazir səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib: “Mən siyasətə qayıtmağa hazırlaşmıram. Hazırda daha maraqlı işlərim var”. 

Qeyd edək ki, Kvirikaşvili Gürcüstanda 2,5 il hakimiyyətdə olub. O, baş nazir postunu bu ilin iyununda tərk edib.

Hazırda Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının qurulmasında yardım edir.

Xəbər lenti
0