BAKI, 5 noyabr — Sputnik. Hindistanın Arxeoloji Araşdırmalar Qurumu əfsanəvi Tac Mahal saray kompleksində müsəlmanların dəstəmaz almaq üçün istifadə etdiyi su çənini möhürləyib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Tac Mahalda su çəninin möhürlənməsi ziyarətçi müsəlmanların etirazına səbəb olub. Məsələ ilə bağlı Tac Mahalın İntizam Komitəsinin rəhbəri Seyid İbrahim Hüseyn açıqlama verərək uzun illərdir burada namaz qıldığını, bu qadağa üçün hansısa səbəbin olmadığını bildirib.
Xatırladaq ki, iyul ayında ölkə xaricindən gələn müsəlmanlara Tac Mahalda cümə namazı qılmaq qadağan edilmişdi.
Qeyd edək ki, Tac Mahal müsəlman şərkərdə Cahan şahın əmri ilə Təbrizdən gətirilən türk memarları tərəfindən tikilib.