CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzlərlə məcburi köçkün ailəsinə ev veriləcək - RƏSMİ

© Sputnik / Anar MustafayevМногоэтажный жилой дом в Баку, фото из архива
Многоэтажный жилой дом в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məcburi köçkünlərin yeni mənzillərə tam şəffaflıq şəraitində və ədalətlilik prinsipləri əsasında köçürülməsini təmin etmək məqsədilə Dövlət Komitəsində müvafiq komissiya və onun tərkibində işçi qrupu yaradılıb

BAKI, 4 noyabr — Sputnik. Məcburi köçkünlərin problemləri dövlət başçısının daim diqqət mərkəzindədir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məhz bu diqqət və qayğının nəticəsidir ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri tikilib istifadəyə verilir:

Mehdiabad qəsəbəsində güclü küləyin yaratdığı fəsadlar  - Sputnik Azərbaycan
HADİSƏ
Məcburi köçkün şəhərciyində təbii fəlakət baş verib, yaralananlar var - VİDEO

“Hazırda bunların sayı 100-dən çoxdur. Bu ilin sonuna qədər 2800 ailə ev, mənzillərlə təmin ediləcək. Beləliklə, il ərzində 5700 ailə — təxminən 25 min məcburi köçkün evlə, mənzillə təmin edilmiş olacaq”. 

Məlumatda qeyd edilib ki, prezidentin təşəbbüsü ilə məcburi köçkünlərlə iş sahəsində aparılan islahatlar çərçivəsində bu ilin aprel ayından etibarən Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib və həyata keçirilir:

“Məcburi köçkünlərin yeni mənzillərə tam şəffaflıq şəraitində və ədalətlilik prinsipləri əsasında köçürülməsini təmin etmək məqsədilə Dövlət Komitəsində müvafiq komissiya və onun tərkibində işçi qrupu yaradılıb. 

Нож в руке мужчины, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Mingəçevirdə məcburi köçkün gənc bıçaqlandı

Uçotun təşkili, şəffaflığın təmin edilməsi, ədalətsizliklərin aradan qaldırılması, pozuntulara yol açan boşluqların ləğv olunması ilə bağlı qarşıya qoyulmuş tələblər yerinə yetirilir. Məcburi köçkünlər üçün tikilmiş evlərin, mənzillərin verilməsində neqativ hallara qarşı çox ciddi mübarizə aparılır və bundan sonra da aparılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərlə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən, mənzillərin verilməsində neqativ halların aradan qaldırılması, şəffaflığın və ədalətliliyin təmin edilməsi ilə bağlı çox ciddi tapşırıqlar verib. 

Xəbər lenti
0