Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah təbiət ölkə ərazisində ciddi problemlər yarada bilər

© Sputnik / Ilham AhmadovOğuz rayonu ərazisində yerləşən Qala çayının daşması
Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah ölkə ərazisində qar yağacağı, çaylarda sululuğun artacağı gözlənilir

BAKI, 4 noyabr — Sputnik. Noyabrın 5-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Международный аэропорт Ататюрк – крупнейший небесный причал Турции. Архивное фото - Sputnik Azərbaycan
Türkiyənin əsas hava limanı sökülür

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Noyabrın 5-i günün ikinci yarısından 6-sı gündüzədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. 

Atatürk hava limanı - Sputnik Azərbaycan
Atatürk hava limanında görünməmiş hadisə, bu dəfə qadın turist...

Azərbaycanın şimal və qərb rayonlarında başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-19° isti, dağlarda gecə 2° şaxtadan 3° isti, gündüz 4-7° isti təşkil edəcək.

Noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda, xüsusən də Lənkəran-Astara zonasının bəzi çaylarında sululuğun artacağı ehtimal olunur.

Xəbər lenti
0