BAKI, 20 iyul — Sputnik. Atatürk hava limanında görünməmiş hadisə baş verib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanında əcnəbi qadın lüt soyunub. Hava limanı əməkdaşları öz jaketləri ilə onu geyindirməyə çalışsalar da, qadın buna etiraz edib.
Məlumata görə, qadın sərxoş olub. Qadın hava limanının tualetində lüt soyunaraq sərnişin salonuna çıxıb. O, polis tərəfindən saxlanılıb.
Bir müddət sonra içkinin təsirindən ayılan qadın sərbəst buraxılıb.