Rafiq Əliyev: “Sosial obyektlərdə sayğacların quraşdırılması asandır”
Azərbaycanda istilik sayğacları quraşdırılacaq. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilib.
"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a deyir ki, mənzillərə və sosial obyektlərə verilən istilik enerjisinin qiymətləndirilməsi sayğac olmadığına görə tikinti həcminə götürülürdü: “Dünya praktikasında da belə hallar mövcuddur. Sosial obyektlərdə sayğacların quraşdırılması asandır. Ancaq bugünkü reallıqda çoxmənzilli yaşayış binalarında sayğacların quraşdırılması qeyri-mümkündür”.