BAKI, 1 noyabr — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının reytinqini açıqlanıb. Sputnik Azərbaycan FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın 9 şahmatçısı ilk "yüzlük"də yer alıb.
Bunlardan 6-sı kişi, 3-ü qadındır. Şəhriyar Məmmədyarov 2817 xalla reytinqdə dünya 3-cülüyünü qoruyur. İdmançımız norveçli rəqibi Maqnus Karlson (2835) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2832) geri qalır.
Digər idmançımızlarımız Teymur Rəcəbov 2757 xalla 4 pillə irəliləyərək 14-cü pillədə, Arkadi Naydiç isə 20-ci sırada qərarlaşıb.
2703 xala malik olan digər şahmatçımız Rauf Məmmədov siyahıda 40-cı sırada yer alıb. Onun irəliləyişi 6 addım təşkil edib. Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov 82-ci yerdə qərarlaşıb.
Qadın şahmatçıların siyahısında ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2422 xala malik şahmatçımız 46-cı yerdədir. O, 13 pillə geriləyib.
Xanım Balacayeva 2397 xalla 63-cü, Gülnar Məmmədova 2368 xalla 97-ci yerdə qərarlaşıb.