BAKI, 1 noyabr — Sputnik. Dünyada ən çox izlənən avtomobil idman növü olan “Formula 1” daha bir ölkədə keçiriləcək.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, “Formula 1”-in daha bir mərhələsi ilk dəfə Vyetnamda keçiriləcək. Paytaxt Hanoy şəhərində keçiriləcək yarış ilk dəfə 2020-ci ildə təşkil olunacaq.
Qeyd edək ki, hal-hazırda “Formula 1” 21 ölkədə təşkil edilir. Bu ölkələr sırasında Azərbaycan da var. Növbəti Azərbaycan Qran-Prisi 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.