BAKI, 31 oktyabr — Sputnik. Ispaniya Liqasında ən yaxşı göstəricisi olan futbolçunun alacağı mükafata Lionel Messinin adının verilməsi məsələsi gündəmə gəlib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, La Liqa rəhbəri Javier Tebas yaradacaqları yeni mükafatla Messinin adını əbədiləşdirmək fikrində olduğunu deyib: “Messi gələcəkdə bütün dövrün ən yaxşı futbolçusu sayılacaq. Messi uşaqlıqdan bu günə kimi futbol oynayır və hər zaman futbolda zirvədə olub”.