Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ölkəmizə əcnəbi "cadugərlər" ayaq açıb: Onlara qoşulanlar da var, qorxudan qaçanlar da

© AFP 2024 / FREDERIC J. BROWNHelouin üçün hazırlanmış balqabaq
Helouin üçün hazırlanmış balqabaq - Sputnik Azərbaycan
Abunə olmaq
Bəs siz Azərbaycanda başqa mədəniyyətə xas olan bir bayramın qeyd olunmasını necə qarşılayırsınız?

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan xalqı il boyu bir çox bayramları qeyd edir. Bu, həm dövlət bayramlarıdır, həm milli adət-ənənələrə söykənən, həm də İslam dininə xas olan bayramlardır.

Son zamanlar isə məktəb və liseylərimizdə, həmçinin bir çox şirkətlərdə ingilisdilli xalqların xüsusi təntənə ilə qeyd etdiyi Halloven (Halloween) bayramının keçirilməsi dəb halını alıb. "Cadugərlər bayramı"nın ölkəmizdə qeyd olunması insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri bu bayramı qəbul etsə də, bir qismi, əsasən, Avropa və Amerikada keçirilən bu bayramı pisləyir.

Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer - Sputnik Azərbaycan
VİDEO
Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer

Bu gün - 31 oktyabr paytaxtın bəzi müəssisələrində sözügedən bayram qeyd olunub. Sputnik Azərbaycan sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. İstifadəçilərə sual olunub ki, Azərbaycanda başqa mədəniyyətə xas olan bir ənənənin, yəni Halloven bayramının kütləvi şəkildə keçirilməsini necə qarşılayırsınız? Və ümumiyyətlə, bu bayramı qeyd edirlərmi?

Beləliklə:

Nigar Məhərrəmova: "Bu bayramın Azərbaycanda da keçirilməsini normal qarşılayıram. Düşünürəm ki, həm böyüklər, həm də kiçiklər üçün əyləncəlidir".

Aygün İlqarqızı: "Məncə, Halloven maraqlı bayramdır. Sadəcə mən bu bayram obrazlarından qorxuram. Vampir geyimində kimisə görəndə çox qorxuram".

Arzu Umud: "Mən gözəllik aşiqiyəm. Adi qorxunc şəkillər görəndə belə, onlara baxmıram. Bir dəfə Halloven partidə aparacılıq təklifi almışdım. Çox düşündüm, mənim yerim olmadığını düşünüb, təklifə rədd cavabı verdim. Təsəvvür edəndə ki, həmin bayram üçün hazırlanan şirniyyatlar və içkilər belə, iyrənc və qorxuncdur, bundan necə zövq almaq olar? Mənim düşüncəmə görə, qorxunun bayramı olmaz".

Tut ağacı - Sputnik Azərbaycan
Qaxda keçirilən qeyri-adi bayram turistləri valeh edib

Sənubər Ümidova: "Əlbəttə, belə bayramlar da keçirilməlidir. Dərinliyə baxanda, yeni il bizim ənənəvi bayram deyil. Amma illərlə artıq bizim doğma bayramımıza çevrilib. Eynilə də Halloven bayramı. Gün gələcək, bu bayram da bizdə təntənə ilə qeyd ediləcək".

Fərqanə Mehmanqızı: "Halloven maraqlı və gülməli bir əhval-ruhiyyə yaradır. İnsan həmişə can atdığı "sehrli" obraza girir həmin gün. Bu bayram vasitəsi ilə hər kəsin daxilindəki ruh halını bilmək olur. Bayramda kim hansı obrazı seçirsə, daxilindəkini o obraz vasitəsi ilə göstərir. Bayramın mənə görə maraqlı tərəfi budur. İnsanların iç dünyalarını kəşf edə bilirəm. O ki qaldı bayramın kütləvi hal almasına, bu isə, həmrəylik psixologiyasından irəli gəlir. Məqsəd - "hamı edir, mən də edim" olmamalıdır.

Günel Eminzadə: "Mən ancaq Novruz bayramını qeyd edirəm. Bir də Müstəqillik, Cümhuriyyət günlərini. Digər bayramlar mənim üçün yoxdur və qeyd etmirəm".

Ramin Sadıqzadə: "Gündə bir bayram kəşf edirlər. İmkan var, bayram keçirək? Əmək haqqımız bu növbəti maaşa güclə çatır. Belə bayramların əleyhinəyəm".

Vüsal Qarayev: "Bu bayramın keçirilməsini normal qarşılayıram. Doğrudur, evdə bu bayramı qeyd etmirik. Sadəcə, etiraz edəcək bir bayram deyil. İstəyən keçirə bilər".

Xəbər lenti
0