BAKI, 27 oktyabr — Sputnik. Almaniyada daxili təhlükəsizlikdən məsul olan Konstitusiyanı Qoruma Təşkilatı FETÖ-nü təhlükəli və təqib ediləcək təşkilat siyahısından çıxarıb.
Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, bununla kifayətlənməyən Baden Vürtemberq əyalətinin Konstitusiyanı Qoruma Təşkilatı Türkiyəni özlərinə siyasi rəqib gördükləri Rusiya, Çin və İran ilə eyni kateqoriyaya qoyub.
Əyalət təşkilatı dərc etdirdikləri hesabatda qarşı casusluq fəaliyyəti aparırıq ifadələrinə yer verib. Baden Vürtemberq əyalətinin hesabatında federal səviyyədə də eyni fikirlərin olduğu vurğulanıb.
Hesabatda Türkiyənin Almaniyadakı bəzi fəaliyyətləri tənqid edilərkən qarşı casusluq fəaliyyətləri aparıldığı açıq aşkar qeyd edilib. FETÖ-nü izləməyi dayandıran əyalət təşkilatı yerinə Türkiyəni qoyduğunu açıqlayıb.
Hesabatın ən maraqlı hissəsi isə Türkiyə və casusluq fəaliyyətlərinin sonunda yer alıb: "Almaniya Türkiyənin istihbarat qurumu olan MİT-in həmişə maraq dairəsində yer alıb. Bu səbəbdən Baden Vürtemberq əyaləti olaraq bu cür fəaliyyətlərin qarşısını almaq üçün casusluq fəaliyyətləri aparırıq".