BAKI, 15 oktyabr — Sputnik. Köln vağzalında qadını girov götürən şəxs zərərsizləşdirilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Köln polisi rəsmi "Twitter"-səhifəsində məlumat paylaşıb.
"Cinayətkar nəzarət altındadır", — deyə polisin rəsmi "Twitter"-səhifəsində yazılıb.
— Polizei NRW K (@polizei_nrw_k) 15 октября 2018 г.
Əməliyyat zamanı cinayətkar ağır yaralanıb. Ona tibbi yardım göstərilir. Polis, həmçinin daha bir nəfəri də saxlayıb.
"Biz onun girov və ya cinayətkarla əlbir olub-olmamasını bilmirik. Onun şəxsiyyəti müəyyənləşdirilir, əməliyyat davam edir", — deyə məlumatda bildirilir.
İnsident şəhərin mərkəzi vağzalında aptekdə baş verib. Polis qadını girov götürən kişi ilə danışıqlar aparıb. Onun motivi hələlik açıqlanmır.