Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropada uğur qazandıq

Abunə olmaq
İdmançımız birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub

BAKI, 24 oktyabr — Sputnik. Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən, yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Sputnik Azərbaycan-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətindən verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

© Photo : AAAF-nın mətbuat xidmətiPaşa İbrahimli
Paşa İbrahimli - Sputnik Azərbaycan
Paşa İbrahimli

Onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub.

Atletimiz təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb. Toplam 301 kq (136+165) nəticə ilə Paşa İbrahimli yekun sıralamada 4-cü yeri tutub.

Xəbər lenti
0