Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Müsəlman dünyasında çoxdan gözlənilən dəyişiklik baş verəcək

© AP Photo / Emrah GurelSəudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər
Səudiyyə Ərəbistanı bayrağı fonunda tikanlı məftillər - Sputnik Azərbaycan
Abunə olmaq
Rus şərqşünas hesab edir ki, ABŞ Səudiyyə Ərəbistanını müdafiə etsə də, regionda rolu dəfələrlə artan Ankaraya güvənməkdən başqa çarəsi yoxdur

Yuri Mavaşev, Müasir Türkiyəni Öyrənmə Mərkəzinin siyasi istiqamət üzrə rəhbəri, şərqşünas

BAKI, 23 oktyabr — Sputnik. Əvvəlcə Yaxın Şərqdəki konfiqurasiya belə idi: ABŞ Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı (SƏK) arasında arbitr kimi çıxış edirdi. Amerikalılar potensial fərqi ilə oynadılar, əvvəl birinə, sonra isə digərinə "stavka" qoydular. Hər şey mümkündür. Çünki Vaşinqtonda Ankaranın da, Ər-Riyadın da panislam kartı ilə oynadığını, İslam dünyasının lideri olmağa kökləndiyini başa düşdülər.

Türkiyə onsuz da Osmanlı imperiyasının de-fakto varisidir. Baxmayaraq ki, o, hüquqi cəhətdən Osmanlının rəsmi varisi deyil və antiosmanlı dövlət kimi yaradılıb. Bununla yanaşı, artıq hər kəsə aydındır ki, Türkiyə bu gün siyasi islama doğru yan alıb. Səudiyyə isə öz ərazilərində müqəddəs şəhərlər olduğuna görə, islam dünyasının səlahiyyətli lideri hesab olunur. Və ABŞ bütün bu vaxt ərzində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında oynayıb.

İndi Qaşıqçının öldürülməsinin SƏK tərəfindən etiraf edilməsi tarixi prinsipial olaraq dəyişir. İndi biz sıfırdan başlayan oyunu müşahidə edirik. Hal-hazırda Səudiyyə Ərəbistanının uduzması ilə Türkiyənin qazanması arasında bərabərlik işarəsi qoymaq mümkündür. Baş verən hər şey Türkiyə üçün istənilən mənada faydalıdır. 

На территории консульства Саудовской Аравии в Стамбуле, Турция - Sputnik Azərbaycan
Yoxa çıxan jurnalistin meyiti tapıldı

İndi bu yeni konfiqurasiyada müsəlman Yaxın Şərqinin açarları Türkiyənin əlindədir. Ankaranın rolu dəfələrlə artıb. Səudiyyə Ərəbistanı öz əvvəlki mövqeyini itirib və hazırda belə bir reputasiyaya malikdir ki, ABŞ onu dəstəkləsə də, Türkiyəyə güvənmək məcburiyyətindədir.

Diqqət edin, ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfərə gedir, amma SƏK nədənsə türk tərəfi ilə münasibətlərini korlamır. Görəsən niyə? Çünki Türkiyə lap əvvəldən jurnalistin başına gələnlərdən xəbərdar olub. Lakin SƏK-i qarmağa keçirmək və ona oyun qaydalarını diqtə etmək üçün, bunun qarşını almağa cəhd göstərməyib. Ola bilsin, hansısa məqamda, hətta qətldən dərhal sonra Ankara Ər-Riyada anlatmaq istəyib ki, "uşaqlar, bizə hər şey məlumdur, biz bu barədə susmaq fikrində deyilik və gəlin indi bəzi yeni konfiqurasiyaları müəyyənləşdirək".

Onlar arasında razılaşmanın əldə edilməsinə baxmayaraq, SƏK öz simasını xilas etmək məcburiyyətində qaldıqca, bu, Türkiyənin xeyrinə olacaq. Eyni zamanda hamıya məlumdur ki, Səudiyyə Ərəbistanı "tikan üstə oturub". Bu fonda Türkiyə öz rolunu artırıb. İndi amerikalılar dişlərini qıcayaraq və Ərdoğana nifrət edə-edə ona "stavka" etməyə məcburdurlar.

Bütün bu oyunlarla bağlı onu da qeyd etmək lazımdır ki, Türkiyə Səudiyyə Ərəbistanın imicini xilas etmək üçün mümkün olan hər şeyi edir. Bir şərtlə ki, səudiyyəlilər özlərinin Yaxın Şərqdəki rolunun deqradasiyaya uğradığını qəbul etsinlər.

Və bu, müxtəlif sahələrə aiddir. Düşünürəm ki, Ədalət və İnkişaf Partiyası təkcə islam dünyasına liderlik etməkdə maraqlı deyil, həm də "Müsəlman qardaşlar"ın itirilmiş mövqelərinin geri qaytarılmasında maraqlıdır. SƏK-in "Müsəlman qardaşlar"la münasibətləri sadə deyil, lakin nə vaxtsa islam hərəkatı indikindən daha çox vahid idi. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel - Sputnik Azərbaycan
ABŞ kəşfiyyatının rəhbəri müdhiş qətlin izi ilə Türkiyəyə gəlib

Bu gün Türkiyə jurnalistin öldürülməsi ətrafında yaranmış vəziyyəti gərginləşdirməmək üçün həm ABŞ-ın, həm də Səudiyyə Ərəbistanının ünvanına heç bir kəskin bəyanat vermir. ABŞ da Türkiyəyə qarşı hər hansı irad bildirmir. Hər şey hər kəsi qane edir. Bu nə deməkdir? Bu o deməkdir ki, hamı Türkiyənin rolunun dəfələrlə artdığı bu yeni konfiqurasiyanı qəbul edib. Əgər sünni dünyasından danışırıqsa, Yaxın Şərqin açarları hazırda əhəmiyyətli dərəcədə Türkiyənin əlindədir.

Camal Qaşıqçı Amerikanın The Washington Post qəzetinin şərhçisi olub və 2017-ci ildən ABŞ-da yaşayır. O, bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluq binasına daxil olandan sonra itkin düşüb.

Üstündən keçən bir neçə həftə ərzində Səudiyyənin Türkiyədəki diplomatik missiyası jurnalistin onların idarəsini tərk etdiyini iddia edir. Yalnız oktyabrın 20-də Səudiyyə Ərəbistanının rəsmi KİV-ləri ilkin məlumatlara görə Qaşıqçının öldüyü barədə ölkənin baş prokurorluğunun məlumatını yayıblar. Həmin məlumatda bildirilir ki, onun ölümünə səbəb konsulluq əməkdaşları ilə aralarında olan planlaşdırılmamış mübahisədir.

Xəbər lenti
0