ABŞ kəşfiyyatının rəhbəri müdhiş qətlin izi ilə Türkiyəyə gəlib

© AFP 2024 / SAUL LOEBABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel - Sputnik Azərbaycan
Abunə olmaq
MKİ direktoru səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində Türkiyədədir

BAKI, 23 oktyabr — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel Türkiyəyə səfərə gəlib. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, MKİ direktoru səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı istintaq çərçivəsində Türkiyədədir.

На территории консульства Саудовской Аравии в Стамбуле, Турция - Sputnik Azərbaycan
Yoxa çıxan jurnalistin meyiti tapıldı

Qeyd edək ki, Səudiyyə Ərəbistanının jurnalistin ölümü ilə bağlı açıqlaması ABŞ prezidenti Donald Trampı qane etməyib və bundan sonra MKİ direktoru Türkiyəyə gəlib. Belə ki, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin Baş Konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Xəbər lenti
0