Azərbaycanda "qaynar nöqtələr" açıqlandı

© Sputnik / Irade JELILBayılda torpaq sürüşməsi
Bayılda torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin bir sıra bölgələrində aktiv sürüşmə prosesi baş verir

BAKI, 19 oktyabr — Sputnik. "Badamdar qəsəbəsində, 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə prosesi davam edir. Bu səbəbdən ərazidə olan 11 ev və 3 obyekt təhlükə altındadır. Eyni zamanda, dünən Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib". 

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov açıqlama verib. O bildirib ki, bu günkü müşahidələrə əsasən sürüşmə bölgəsində çatlar böyüyür.

Bayılda torpaq sürüşməsi - Sputnik Azərbaycan
Badamdarda gərginlik müşahidə edilir

"Yəni yaşayış evlərinin hasarları istiqamətində artıq yaxınlaşmalar müşahidə olunur. Eyni zamanda, sürüşmə zonasının qərb hissəsində, yəni solunda da yaranmış çatlarda gözlə görüləcək qədər artım müşahidə olunur. Bir sözlə, sürüşmə kütləsi üzərində gərginlik qalmaqdadır" — Ə.Qaralov vurğulayıb.

Onun sözlərinə görə, Zığ sürüşməsi ərazisində, Masazır Zəli gölü ərazisində, Hökməlinin Atyalı deyilən ərazisində (yeni Nübar qəsəbəsi) də aktivlik müşahidə olunur: "Eyin zamanda, Şamaxı-İsmayıllı zonası sürüşməyə məruz qalır. Şamaxının Muğanlı kəndində, Muğanlı-İsmayıllı yolunda, Mədrəsədə, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Bakı-Ağsu yolunun 132 kilometrliyində gərginlik var. Müəyyən yerlərdə uçqun tipli sürüşmə prosesləri gedir".

"Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibatı ərazisinə daxil olan Hoydanda iki ay öncə sürüşmə baş verib. Hal-hazırda da bu proses aktivdir. Orada yerləşən yaşayış evlərinin divarlarında çatlar yaranıb. Cənub zonasında — Astara, Yardımlı və Lerikdə, Lerik yolunun bir neçə kilometrliyində də uçma prosesi baş verib" — deyə mütəxəssis əlavə edib.

Nazirlik rəsmisi Bakı buxtasında ilin əvvəlində uçqun tipli sürüşmə prosesinin baş verdiyini də xatırladıb: "Orada 23 yaşayış evində gərginlik var idi. 2 gün öncə bu evlərdən biri — 9 saylı ev uçub, onun yaxınlığında olan iki evdə isə çatlar gözlə görünə biləcək qədər çoxalıb. Həmçinin, Xətai rayonu, Zığ şosesində uçqun prosesi baş verib. Ziğ istiqamətinə gedəndə yolun sağında, yəni dəniz tərəfdə hündürlüyü 6 metr olan 100 metr uzunluğunda istinad divarı tikilib. Asfalt ilə həmin kütlə arasına boş torpaq doldurulub və üzərinə yaşıllıq salınıb".

Xəbər lenti
0