Badamdarda gərginlik müşahidə edilir

© Sputnik / Irade JELILBayılda torpaq sürüşməsi
Bayılda torpaq sürüşməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Evlərin divarlarında müxtəlif ölçülü çatlar yaranıb

BAKI, 19 oktyabr — Sputnik. "Badamdar — 20-ci sahə yolunun sağ kənarında sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin üst hissəsində torpaq süxurlarının və xırda qaya parçalarının hərəkəti müşahidə edilib".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, sonrakı saatlarda bu prosesin davam edəcəyi gözlənilir.

"Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində nisbi artım qeydə alınıb" — deyə məlumatda vurğulanır.

Xatırladaq ki, ərazidə sürüşmə bir həftədən çoxdur ki, davam edir. Sürüşmə bölgəsində 11 fərdi ev və3 obyekt var. Evlərin divarlarında müxtəlif ölçülü çatlar yaranıb.

Nazirlik tərəfindən yaradılan Qərargahın əməkdaşaları çatlar olan yerlərə mütəmadi olaraq mayaklar qoyur və sürüşmənin səviyyəsini müəyyən edirlər. Ərazidə yaşayan sakinlər köçürülüb.

Xəbər lenti
0