BAKI, 19 oktyabr — Sputnik. "Qarabağ" futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü, 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 dövlət nömrə nişanlı "Wolksfagen Tuareg" markalı avtomobillə piyadanı vurub.
Bu barədə Sputnik Azərbaycan-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimli məlumat verib. Onun sözlərinə görə, hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində baş verib.
Haldorson, 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Daha sonra futbolçu xəstəni özü xəstəxanaya çatdırıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər. Piyada 3 saylı şəhər klinik xəstəxanasında müalicə alır. Onun həyatı üçün təhlükə yoxdur. Amma ayaqlarından zədə alıb və əməliyyat olunacaq.
Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.