Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İçdi, sonra tanışının maşınını qaçırdı – Keçmiş məhbus yenidən yuvasına qayıdacaq

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sərxoş vəziyyətdə olan kişi tanışının avtomobilini oğurlayıb və polis ona mane olana qədər kef eləyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. İçib, oğurlayıb və həbsxanaya düşüb. Polis əməkdaşları Bakıda “Mercedes” qaçıran kişini tutublar. Bu barədə Sputnik Azərbaycan-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Nizami RPİ-nin 25-ci polis bölməsinin əməkdaşları kişini oğurladığı 90 HM 25 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə birlikdə 18 oktyabr saat 18:30-da Tbilisi prospektində, 27 saylı yaşayış binasının qarşısında saxlayıblar.

Lənkəran şəhərində avtomobil qəzası - Sputnik Azərbaycan
HADİSƏ
"Mercedes"lə "VAZ-2107" markalı avtomobillər toqquşdu

Məlum olub ki, saxlanılan şəxs əvvəllər oğurluq üstündə AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olmuş Bakı sakini, 1987-ci il təvəllüdlü Ağacanov Roman Oruc oğludur.

Araşdırma zamanı məlum olub ki, Ağacanovun oğurladığı avtomobil onun tanışı, 1964-cü il təvəllüdlü Həsənov Yunis Şəmistan oğluna məxsusdur. Ağacanov maşını oğurlayarkən sərxoş vəziyyətdə olub. Hadisə oktyabrın 16-da baş verib. Həsənovun maşını Azər Manafov küçəsindəki 23/47 nömrəli yaşayış binasının qarşısından oğurlanıb. Ağacanov oğurluq avtomobildə iki gün gəzib. Lakin Roman Ağacanovun oğurluq maşınla bağlı romantikası cəmi iki gün — polis onu saxlayana qədər çəkib.

Xəbər lenti
0