Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Mercedes"lə "VAZ-2107" markalı avtomobillər toqquşdu

© Sputnik / Rahim MuradovLənkəran şəhərində avtomobil qəzası
Lənkəran şəhərində avtomobil qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alana ilk tibbi yardım göstərilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 mart — Sputnik. Lənkəran şəhərində avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, şəhərin Z.Əliyeva küçəsində 42-BP-409 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə 42-BA-223 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107"-də olan sərnişin — 1959-cu il təvəllüdlü Lənkəran şəhər sakini Əsgərova Sevinc müxtəlif dərəcəli xəsarət alıb. S.Əsgərova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və orada ona ilk tibbi yardım göstərilib. Xəstəxanada verilən məlumata əsasən xəsarət alanın vəziyyəti orta-ağırdır.

Qəza hadisəsi araşdırılır.

Xəbər lenti
0