SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampın xüsusi elçisinin rəsmi Bakıdan nə istədiyi bəlli oldu - Həssas seçim

© REUTERS / Darren OrnitDonald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton
Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton - Sputnik Azərbaycan
Abunə olmaq
Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini İranla əməkdaşlıqdan imtina etməyə, bu ölkədən neft və qaz almamağa razı salmağa çalışacaq

BAKI, 16 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Trampın milli təhülkəsizlik üzrə müşaviri Con Boltonun, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz regionuna səfərinin əsas məqsədi açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Daily Storm" nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbərliyindən bildirilib.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan və Ermənistan üçün həssas dönəm: Sanksiyalar müəllifi gəlir

"İrana və Rusiyaya qarşı sanksiyalar müəllifi kimi tanınan Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini İranla əməkdaşlıqdan imtina etməyə, bu ölkədən neft və qaz almamağa razı salmağa çalışacaq" — deyə vurğulayan nəşr yazır ki, Yerevanı buna inandırmaq olduqca çətin olacaq.

"Çünki Ermənistan məhz İranın hesabına Rusiyadan energetika sahəsində asılılıqdan qurtulmaq istəyir. Belə ki, Tehran Ermənistanda azad iqtisadi zonada gündəlik gücü 200 000 barel olan neftayırma zavodu tikmək niyyətindədir. Bununla da İran ABŞ sanksiyalarından yayınmağa çalışır" — deyə "Daily Storm" qeyd edir.

Məqalədə əlavə olunur ki, Boltonun İran üzrə ermənilərlə əməkdaşlığa dair yaxşı olmayan təcrübəsi var: "2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olarkən rəsmi Yerevan İrana qarşı sanksiyaların əleyhinə çıxıb. Həmin vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşüb və Martirosyan siyasi kartlar vasitəsilə Yerevanın mövqeyini açıqlayıb".

Bu arada, bir sıra ABŞ KİV-i Boltonu "regionun reallıqlarını bilməməyə" görə tənqid edib.

Qeyd edək ki, Trampın Türkiyədəki səfirlik və diplomatik nümayəndəliklərini bağlamağı qəti şəkildə dəstəkləyən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək.

"Oktyabrın 20-də təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm" — Bolton öz "Twitter" səhifəsində yazıb.

Xəbər lenti
0