BAKI, 16 oktyabr — Sputnik. "Microsoft"-un şirkəti yaradıcılarından biri — Paul Allen 65 yaşından dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 65 yaşlı Allen xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Paul Allen "Microsoft" Bill Qeytslə birlikdə yaratsa da, 1993-cü ildə aralarında yaranan anlaşılmazlıq səbəbi ilə şirkətdən ayrılıb. Geytslə Allen anlaşmazlıq yaşasa da, sahib olduğu "Microsoft" hissələri sayəsində dünyanın ən varlı şəxslərdən biri olub.
Paul Allen tez-tez idman qruplarını alması və yaxta kolleksiyası ilə tanınırdı. Eyni zamanda o, etdiyi xeyirxahlıqlarla da yadda qalıb.
Allenin ölümündən sonra Bill Qeyts kədərləndiyini bildirərək, deyib ki, ən yaxın və köhnə dostu Allenin ölüm səbəbilə ürəyi qırılıb.