CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Microsoft" şirkəti məşhur sosial şəbəkəni aldı

© REUTERS / Dado Ruvic/Illustration Linkedin və Microsoftun loqotipləri
Linkedin və Microsoftun loqotipləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ceff Vayner şirkətin baş direktoru vəzifəsində qalacaq və görülən iş barədə "Microsoft" rəhbərinə hesabat verəcək.

BAKI, 14 iyun-Sputnik. "Microsoft" şirkəti "Linkedln" sosial şəbəkəsini satın aldığını elan edib.

Şirkət bəyan edib ki, sözügedən sosial şəbəkənin brendini, korporativ mədəniyyətini və müstəqilliyini qoruyub saxlayacaq.

Ceff Vayner şirkətin baş direktoru vəzifəsində qalacaq və görülən iş barədə "Microsoft" rəhbərinə hesabat verəcək.

Razılaşmaya görə, sövdələşmə bu ilin sonunda tamamlanmalıdır.

"Microsoft" "Linkedln"in hər bir səhminə 196 dollar ödəyəcək.

Alış haqqında elanının fonunda "Linkedln"in bir səhminin qiymətinin 48 faiz artdığı bildirilir. "Microsoft"un səhmi isə dəyərdən 3 faiz enib.

Şirkətin məlumatına görə, "Linkedln"inin hazırda 433 milyon istifadəçisi var.

Xəbər lenti
0