Daha bir ölkə "Eurovision - 2019"-dan imtina etdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidЗрительный зал перед церемонией открытия 61-го международного конкурса песни "Евровидение - 2016" в Стокгольме, фото из архива
Зрительный зал перед церемонией открытия 61-го международного конкурса песни Евровидение - 2016 в Стокгольме, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub

BAKI, 16 oktyabr — Sputnik. Bolqarıstan "Eurovision — 2019" mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə Sputnik Azərbaycan "BNT" telekanalına istinadən xəbər verir.

Təşkilatçı telekanal büdcə xərclərinə qənaət etmək üçün bu addımı atıb.

2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kotov "Eurovision" müsabiqəsində ikinci yeri tutub. Bu 2005-ci ildən müsabiqədə iştirak edən ölkənin göstərdiyi ən yüksək nəticədir.

Евровидение-2018. Финал - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Netanyahunun arzusu ürəyində qaldı, "Eurovision-2019"...

Xatırladaq ki, bu ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Avroviziya" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər İsrail təmsilçisi sonuncu dəfə 1998-ci ildə qalib gəlib. O zaman Dana İnterneyşnl (İnternational) "Diva" mahnısı ilə çıxış edib.

İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-un qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Avroviziya" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.

İsrail beynəlxalq ictimaiyyətin təzyiqi ilə mahnı müsabiqəsini Təl-Əvivə keçirib.

Xəbər lenti
0