BAKI, 13 sentyabr — Sputnik. "Eurovision — 2019" mahnı müsabiqəsi mayın 14-dən 18-dək İsrailin Təl-Əviv şəhərində keçiriləcək.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, İsrail tərəfi müsabiqənin keçirilməsi üçün üç şəhəri – Təl-Əviv, Yerusəlim və Eylat.
Nəticədə Təl-Əviv bütün lazımi meyarlar üzrə kreativ və cəlbedici hesab olunub.
Müsabiqənin yarımfinal mərhələləri 14-16 may, final mərhələsi isə 18 may tarixində keçiriləcək.
Təşkilatçıların sözlərinə görə, müsabiqənin biletləri ilin sonundan satışa çıxarılacaq.
Xatırladaq ki, bu ilin may ayında keçirilən "Eurovision-2018" yarışının qalibi İsrail təmsilçisi Netta Barzilay olub. Netta bununla ölkəsini dördüncü dəfə "Avroviziya" yarışlarında birinci yerə çıxarıb. Nettaya qədər sonuncu qalib İsrail təmsilçisi 1998-ci ildə "Diva" mahnısı ilə çıxış edən Dana İnterneyşnl (İnternational) olub.
İsrailin baş naziri Benyamin Netanyahu "Eurovision-2018"-un qalibi Netta Barzilayla görüşü zamanı bəyan etmişdi ki, növbəti "Avroviziya" yarışı Yerusəlimdə (Qüds) olacaq. Onun bu bəyanatı Qüdsü özünün müqəddəs şəhəri hesab edən müsəlman dünyasını qəzəbləndirmişdi.