CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Новое Время" cinayətkarların tapılacağına ümid edir

© Sputnik / Murad OrujovBakıda polis avtomobili, arxiv şəkli
Bakıda polis avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni Zaman" - "Новое Время" 20 ildir Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışır

BAKI, 15 oktyabr — Sputnik. Oktyabrın 11-dən 12-nə keçən gecə "Yeni Zaman" — "Новое Время" qəzetinin ofisi qarət edilib. Bu zaman qəzetin baş redaktoru xaricdə səfərdə olub (Bakıya cümə günü qayıda bilib).

Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı polis şöbəsinə məlumat verilib, şöbənin əməkdaşları, o cümlədən şöbəsinin rəisi ofisə gəliblər. Polis əməkdaşları vaxt itirmədən müvafiq əməliyyata başlayıblar.

Полицейская оградительная лента на месте преступления в США, фото из архива - Sputnik Azərbaycan
Qəzet redaksiyasına basqın edildi, bir neçə nəfər öldürüldü

Şənbə günü baş redaktor Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova zəng vuraraq hadisə barədə ona məlumat verib. Öz növbəsində, E.Zahidov hadisədən xəbərdar olduğunu bildirərək, bu cinayətin, eləcə də ölkədə baş verən bütün digər cinayət faktlarının üstünün açılmasının polisin birbaşa borcu olduğunu vurğulayıb.

Bazar ertəsi isə Azərbaycan parlamentinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili işlər naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsi xahiş olunub.

"Yeni Zaman" — "Новое Время" müstəqil ictimai-siyasi qəzeti təxminən 20 ildir dərc olunur. Bütün bu illər ərzində qəzet daima Azərbaycanın milli maraqlarını müdafiə edib, öz səhifələrində ölkəmizin ürək yarası olan Dağlıq Qarabağ münaqişəsi mövzusuna geniş şəkildə yer verib. Rus dilində dərc olunan qəzet bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Eyni zamanda, ölkəmizdə mövcud olan və vətəndaşları narahat edən problemləri obyektiv şəkildə işıqlandıraraq, qəzet öz səhifələrində müxtəlif fikir və mövqelərə də yer verib.

Qeyd edildiyi kimi, rus dilində dərc olunan "Новое Время" qəzetinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında, eləcə də Rusiya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin çatdırılması istiqamətində danılmaz əməyi var.

Redaksiya, ofisinin qarət olunmasından təəssüflənərək, Daxili işlər nazirinin bu işi nəzarətinə götürəcəyinə və cinayətkarların tez bir zamanda tapılıb, cəzalandırılacağına ümid edir.

Xəbər lenti
0