BAKI, 29 iyun — Sputnik. ABŞ-ın Merilənd ştatında "Capital Gazette" nəşrinin redaksiyasında baş vermiş silahlı insident nəticəsində bir neçə nəfər ölüb.
Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb.
— Justin Fenton (@justin_fenton) 28 июня 2018 г.
Hadisənin baş verdiyi Ann-Arandel dairəsinin polis şerifi Ron Beytman cinayətkarın redaksiyadan kənarda saxlanıldığını bildirib.
Yerli KİV-lər insident nəticəsində həmçinin çoxlu sayda yaralıların olduğunu bildirirlər.
Təfərrüatlar hələlik açıqlanmır.