Qara dənizdə azərbaycanlıların gəmisi batdı

© Sputnik / Sergey Malgavko / Mediabanka keçidQara dəniz, arxiv şəkli
Qara dəniz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azov limanından çıxan gəmi sahildən 50 mil aralıda, 1,9 kilometr dərinlikdə batıb

BAKI, 13 oktyabr — Sputnik. Qara dənizdə Panama bayrağı altında üzən və metal daşıyan gəmi batıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rosmorreçflot”un nümayəndəsi bildirib.

Azov limanından çıxan gəmi sahildən 50 mil aralıda, 1,9 kilometr dərinlikdə batıb.

Gəmi, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədə 160 nəfərin olduğu gəmi batdı

“Gəmi kapitanından onun böyrü üstə əyilməsi barədə sos siqnalı daxil olub. İki Türkiyə və altı Azərbaycan vətəndaşından ibarət bütün ekipaj üzvləri xilas ediliblər” – deyə mənbə bildirib. Ekipaj üzvləri qəza baş verən zaman bərəyə eniblər.

Hazırda Yunanıstana məxsus tanker dənizçiləri Novorossiysk limanına təxliyə edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Agentliyin mənbəsi bildirib ki, hələlik qəzanın səbəbləri barədə danışmaq mümkün deyil: “Onun metal daşıdığı nəzərə alınsa, yükün gözlənilmədən bir tərəfə aşaraq, gəminin batmasına səbəb olmasını ehtimal etmək olar”.

Xəbər lenti
0