BAKI, 18 iyul — Sputnik. Türkiyənin Mərsin şəhəri yaxınlığında miqrantları daşıyan gəmi batıb. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir ki, gəmi batarkən onun göyərtəsində 160 nəfər olub.
İnsident sahildən 26 kilometr uzaqda baş verib. Məlumata əsasən, qəza nəticəsində 16 miqrant ölüb, 30 qədər miqrant isə itkin düşmüş hesab olunur.
Hazırda Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.
Anadolu agentliyi isə gəmidə 150-ə yaxın miqrantın olduğunu yazıb.