CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amerikalı keşişə hökm oxundu – 3 il, 1 ay, 15 gün həbs!

Abunə olmaq
Branson bu gün keçirilən məhkəmədə hönkür-hönkür ağlayıb

BAKI, 12 oktyabr — Sputnik. Türkiyə məhkəməsi Birləşmiş Ştatlardan olan rahib Endryu Bransona 3 il, 1 ay 15 gün həbs cəzası verib. Sputnik Azərbaycan "Haberler.com"-a istinadən xəbər verir ki, Branson həbsdə qaldığı müddət nəzərə alınaraq, təxliyə olunub.

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib. 

Amerikalı rahib Andryu Branson - Sputnik Azərbaycan
ABŞ-dan rahib Bransonla bağlı növbəti açıqlama

Dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs olunan amerikalı keşiş Endryu Branson bu gün keçirilən məhkəmədə hönkür-hönkür ağlayıb. 

Endryu Branson məhkəmə salonunda xanımı Norin Bransonla göz-gözə gələrək bir müddət baxışıb. Daha sonra Branson cütlüyü əllərini ürəklərinə qoyaraq dua ediblər. Duyğulu anlar yaşayan rahib Branson göz yaşlarını saxlaya bilməyib.

Qalmaqallı məhkəmə prosesinin özü isə Bakı vaxtı ilə saat 11:30-da Türkiyə Ağır Cinayətlər Məhkəməsində başlayıb. 13:30-da fasiləyə gedən məhkəmə Bakı vaxtı ilə saat 15:00-da yenidən öz işini davam etdirib.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsinə münasibət bildirərkən vurğulamışdı ki, "ABŞ Türkiyə ədalətinə hörmət etməlidir". 

Türkiyə və ABŞ bayraqları - Sputnik Azərbaycan
Tarixi razılaşma əldə olundu: Qardaş ölkə rahatlayacaq

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Onun həbsindən sonra ABŞ Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq edib.

Xəbər lenti
0