Tarixi razılaşma əldə olundu: Qardaş ölkə rahatlayacaq

© AFP 2024 / MURAD SEZER Türkiyə və ABŞ bayraqları
Türkiyə və ABŞ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib

BAKI, 12 oktyabr — Sputnik. Rəsmi Ankara və Vaşinqton amerikalı keşiş Endryu Bransonun azad olunması və ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməsi barədə razılıq əldə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Washington Post" qəzeti məlumat dərc edib.

Məlumata əsasən, Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasında azad ediləcək.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Xəbər lenti
0