Türklərə qarşı radikal təklif: Simvolları qadağan edilsin!

© Photo : Twitter / CumhuriyetCumhurbaşkanı Recep Tayyip Erdoğan'dan bozkurt işareti
Cumhurbaşkanı Recep Tayyip Erdoğan'dan bozkurt işareti - Sputnik Azərbaycan
Abunə olmaq
"Bozqurdların bu salamı Almaniyadakı konstitusion nizama qarşı olan bir təşkilatın işarəsidir və qadağan edilməlidir"

BAKI, 9 oktyabr — Sputnik. Almaniyada "bozqurd" işarəsi qadağan edilir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Avstriyanın bir müddət əvvəl qəbul etdiyi, əl ilə siyasi simvollar göstərmək qadağası, indi də Almaniyada gündəmə gəlib.

Almaniyanın paytaxtı Berlinin Raynikendorf rayonunda yandırılmış türk məscidi - Sputnik Azərbaycan
Almaniyada türk məscidi yandırıldı

Məlumata görə, kansler Angela Merkelin partiyası olan Xristian Demokrat Partiyasının üzvü, daxili siyasət mütəxəssisi Kristof de Vires ölkədə "bozqurd işarəsi olaraq bilinən barmaq işarələrinin göstərilməsinin" qadağan edilməsi tələbi ilə çıxış edib.

"Mən açıq şəkildə Türk milliyətçi və irqçi təşkilatının simvolu olan işarənin qadağan edilməsinin tərəfdarıyam. Faşizmin insanları xor görən və ya təhdid təsiri bağışlayan hər cür siması cəmiyyətimiz üçün təhlükəlidir" — deyə de Vires bildirib.

Türkiyə əleyhinə açıqlamaları ilə tanınan, əslən Türkiyədən olan Almaniyanın Sol Partiyasından millət vəkili Sevim Dağdələn da bu təklifi dəstəkləyib: "Bozqurdların bu salamı Almaniyadakı konstitusion nizama qarşı olan bir təşkilatın işarəsidir və qadağan edilməlidir".

Qeyd edək ki, Avstryada 1 mart 2019-cu ildən etibarən bu işarələrdən istifadəni qadağan edən qanun qüvvəyə minəcək.

"Bozqurd" işarəsi, daha çox Milləytçi Hərəkat Partiyasının yaradıcısı olan Alparslan Türkeşin adı ilə bağlıdır. Əslində isə, bu işarə türklərə İslamdan əvvəlki mədəniyyətdən miras qalıb. keçib. Bu işarə türk xaqanları üçün qələbə mənası daşyıb.

Maraqlıdır ki, bu işarəni göstərənlər arasında keçmiş ABŞ prezidenti Barak Obama da var.

Xəbər lenti
0