BAKI, 11 mart — Sputnik. Bu gün gecə Almaniyanın paytaxtı Berlinin Raynikendorf rayonunda türk məscid yandırılıb.
Sputnik Azərbaycan "TRT Haber"ə istinadla xəbər verir ki, Koca Sinan camışı naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə gecə saat 02:00 radələrində baş verib. Olay nəticəsində məscidin çay ocağı və giriş hissəsi yanıb.
Məsciddə olan Bayram Türk üzü bağlı olan 3 nəfərin binaya yandırıcı maddə ataraq qaçdıqlarını bildirib. Olay yerini yaxınlığından keçənlər polis çağırsalar da, cinayətkarları tutmaq mümkün olmayıb.
Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.