BAKI, 9 oktyabr — Sputnik. UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov qarışıq döyüş üzrə idmançı (MMA) Konor Makqreqoqrun görüş ərəfəsində onun haqqında dediklərini şərh edib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
"Mən Konor Makqreqorı bağışladım, hər şey keçmişdə qaldı. Hər şeyi analiz edib və nəticələr çıxarmaq lazımdır. Ağsaqqallar və müdrik həmyerlilərimlə danışdıqdan sonra digər yüksəkliklərə getmək barədə qərar verdim. Ümid edirəm ki, burda bir xeyr var", — deyə ata Nurməhəmmədov öz instagram səhifəsində bildirib.
Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.
Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.
Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.
UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.
Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.