CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sinaqoqun yanında söküntü ilə bağlı açıqlama verildi

© Sputnik / Irade JELILSökülmüş mənzil, arxiv şəkli
Sökülmüş mənzil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir

BAKI, 8 oktyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alınaraq inşa olunub, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.

Saint-Jules Katolik kilsəsi - Sputnik Azərbaycan
Yüz ilin kilsəsi satışa çıxarıldı

Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri – qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansamblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.

Xəbər lenti
0