Yüz ilin kilsəsi satışa çıxarıldı

© Photo : Le Républicain LorrainSaint-Jules Katolik kilsəsi
Saint-Jules Katolik kilsəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Nancy Yepiskopluğundan kilsənin satışa çıxarılması üçün sənədləri hazırladıqlarını bildiriblər

BAKI, 11 sentyabr — Sputnik. Fransada Allah evini satmağa qərar verilib. Belə ki, Saint-Jules Katolik kilsəsi artıq satışa çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna kilsənin uzun illərdir iş adamları tərəfindən maddi cəhətdən təmin edilməməsi və eyni zamanda insanların kilsəyə gəlməməsi səbəb olub. Nancy Yepiskopluğundan kilsənin satışa çıxarılması üçün sənədləri hazırladıqlarını bildiriblər.

Kilsə 190 min avroya (təxminən 375 min manat) satışa çıxarılıb. Son illər Belçika və Lüksemburq sərhədində yerləşən Lotaringiya bölgəsindəki kilsəyə olan maraq azalıb. Burada olan digər 20-yə yaxın kilsənin də baxımsız vəziyyətdə olduğu vurğulanır. Mütəxəssislər bu kilsələrin təmirə ehtiyacı olduğunu bildirsələr də, onlara sahib çıxan yoxdur.

Xəbər lenti
0