Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"S-300"lər Suriyanı qurtaracaq, yoxsa məhv edəcək: "Raket savaşı"nın gizlinləri

© Sputnik / Valery Melnikov / Mediabanka keçidЗенитно-ракетный комплекс С-300, фото из архива
Зенитно-ракетный комплекс С-300, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya gücləri arasında "raket savaşı" geniş vüsət alacaqsa, Suriyanın taleyinin artıq həll olunduğunu demək mümkündür

Rusiyanın Suriyaya "S-300" zenit-raket kompleksləri gətirməsi bölgədə tarazlıqları dəyişdirib. ABŞ və müttəfiqləri Suriya əməliyyatlarında radara düşməyən təyyarələrdən istifadə edəcək. Bu barədə aparıcı aparıcı Qərb mətbuatı məlumat yayıb.

Rusiyanın Suriyanın qərb sahillərini uçuş üçün qadağan edilən bölgə vəziyyətinə gətirməsi, başda İsrail olmaq üzrə ABŞ və müttəfiqlərini hərəkətə keçirib. Ötən bazar ertəsi günündən etibarən ABŞ casus təyyarəsi "RC-135V" ilə Şərqi Aralıq dənizinin beynəlxalq sularında müşahidə və məlumat toplama uçuşları həyata keçirməyə başlayıb. ABŞ və müttəfiqləri Suriya əməliyyatlarında ənənəvi döyüş təyyarələri yerinə, 5 il əvvəl olduğu kimi yenə də radara düşməyən təyyarələrdən istifadəni dəyərləndirir. Bunlar isə "kabus" adlanan "F-22" və radarın siqnallarını pozan "F-16CJ" təyyarələridir. Bu addım rusların Suriyada yerləşdirdiyi "S-300" sisteminə qarşıdır. 

İran ordusunun əsgərləri - Sputnik Azərbaycan
TƏHLİL
İran son şansı uğrunda mübarizə aparır

Rus hərbi ekspert İqor Korotçenkov deyib ki, İsrail və ABŞ-ın bu cür müasir texnikalarına güvənərək Suriyaya icazəsiz girmələri nəticə verməyəcək.

İsrailin müdafiə naziri Aviqdor Liberman isə bildirib ki, Rusiyanın atdığı bu addım İsarilə mane olmayacaq: "Aramızdakı təcili hərbi xəbərləşmə kanalından istifadə edərək İsrail ordusu Suriyada əməliyyatlarını davam etdirəcək".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Suriyada "S-300" zenit-raket komplekslərinin təyyarədən düşürülməsinin kadrlarını əks etdirən görüntüləri yayımlayıb. Sentyabrın 24-də Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırsa da, vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
İdarəolunan xaos planına qarşı: Yaxınlaşma ittifaqa çevrilə bilərmi?

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

Onu da bildirək ki, ABŞ "kabus" adlanan "F-22" təyyarələrini indiyədək heç bir ölkəyə satmayıb.

Suriyada Qərb və Rusiya hərbi gücünün müqayisəsi əyani şəkildə müşahidə edilir. Kim hərbi baxımdan daha güclüdür — Rusiya, yoxsa ABŞ? Kim qalib olacaq: S-400 və "Pantsir-1C" komplekslərindən ibarət Rusiya hava hücumundan müdafiə sistemləri, yoxsa Amerikanın "Tomahawk" qanadlı raketləri? 

Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin görüşü. Tehran, 7 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Rusiya-Türkiyə-İran birliyini sınayan proses - "İdlib başağrısı"

Rusiyanın yeni yaratdığı HHM kompleksləri Suriyada öz qabiliyyətini sübut etmək üçün real imkanlar əldə edib. ABŞ "Tomahawk" raketlərindən başqa yeni "ağıllı" raketlərdən də istifadə edəcəyi gözlənilir. Çünki "Tomahawk" raketləri Aralıq dənizini akvatoriyasında əvvəldən mövcud idi. "Əş Şayrat" bazasına zərbə endirərkən həmin aviadaşıyıcılardan və raketlərdən istifadə edildi. Yeni aviadaşıyıcılardan və raket esmineslərindən ibarət zərbə qruplaşmasını regiona göndərməklə ABŞ yeni silah və metoddan istifadə edəcəyi mesajını verir.

Rusiyanın Suriyaya kifayət qədər yaxın və uzaq mənzilli, müxtəlif təyinatlı müasir RƏM və ZRK gətirdiyi barədə məlumatlar yayılır. Müasir hava hücumundan müdafiə sistemləri üçün manevr edən qanadlı raketlər artıq təhlükəli hesab olunmur və xüsusi bir problem yaratmır. Bu münaqişənin nəticəsini nəzərə alaraq potensial silah alıcıları Amerikanın qanadlı raketləri ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri arasında daha doğru seçim edə biləcəklər. Doğru bir qiymətləndirmə aparmaq üçün, qorunan hədəflərə neçə raket atıldığını da nəzərə almaq lazımdır. 

Suriyanın Azəz şəhərində Türkiyə poçt məntəqəsi, 18 avqust 2018-ci il - Sputnik Azərbaycan
Toqquşan maraqlar: Qarşıdurmanın sonucu hər şeyi aydınlaşdıracaq

Digər bir variant isə ABŞ-ın bölgədə çox güclü zərbə qruplaşması üçün koalisiya qüvvələrinin yaradılması və sarsıdıcı zərbəyə hazırlaşmasından ibarət ola bilər. Ekspertlər daha çox iki varianta üstünlük verilər. ABŞ, Britaniya, Avstraliya, Fransa və s. dövlətlərin birgə həyata keçirəcəyi, onlarla raket daşıyıcılarının və bir neçə aviadaşıyıcı gəminin iştirakı ilə genişmiqyaslı bir hava əməliyyatı proqnozlaşdırılır. Çünki, bir bazaya və ya bir neçə obyektə ABŞ istədiyi vaxt zərbə endirir. Bu zərbələrə isə nə Suriya, nə də müttəfiqləri tərəfindən reaksiya olmayıb. Demək ki, bu dəfə iki mümkün ehtimal içində genişmiqyaslı koalisiyanın hava zərbəsi daha inandırıcı görünür.

Təbii ki, Rusiya, İran və Suriya rəhbərləri də baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün tədbirlər görməkdə davam edirlər. Burada əsas yük Rusiyanın HHM qüvvələrinin üzərinə düşəcək. Hazırda Suriya ərazisində olan S-400, S-300, "Pantsir", "Bastion", "Peçora", "Buk" və s. sistemlərinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi, döyüş dəstlərinin komplektləşdirildiyi bəllidir. Bunun İran üçün də nəticələri ağır ola bilər. Dünya gücləri arasında "raket savaşı" geniş vüsət alacaqsa, Suriyanın taleyinin artıq həll olunduğunu demək mümkündür. Bu tale, İraq və Liviyanın taleyindən çox da fərqli olmayacaq. Daha sonra isə İran hərbi əməliyyatlar poliqonuna çevrilə bilər…

Xəbər lenti
0