BAKI, 6 oktyabr — Sputnik. "Yuventus"un hücumçusu Kriştianu Ronaldu ona qarşı təcavüz ittihamları ilə Madrid "Real"ından gedişi arasında bağlılığın olduğunu düşünür. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.
"La Repubblica"-nın məlumatına görə, portuqaliyalı ilə "Real"-ın prezidenti Florentino Peres arasında əlaqələri ötən ilin qışında pozulub.
Qeyd olunur ki, Ronaldu "Kral klubu"nun rəhbərinin ona qarşı təcavüz ittihamı ilə çıxış edən Ketrin Mayorqa, həmçinin Çempionlar Liqasında "Valensiya"ya qarşı oyunda qırımızı kart alması arasında bağlılığın olmasına əmindir.
Xatırladıq ki, təcavüzlə bağlı qalmaqaldan sonra 33 yaşlı Ronaldu sponsor gəlirlərinin bir hissəsini itirib.